Dövlət sirri

Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub dövlət tərəfindən mühafizə olunan və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır. Məlumatlar və məlumat daşıyıcıları qanunçuluq və əsaslılıq prinsiplərinə uyğun olaraq məxfiləşdirilir. Məlumatlar onların sahə, idarə və ya proqram-təyinat mənsubiyyətinə uyğun olaraq dövlət sirrinə aid edilir.
Dövlət elmi-texniki siyasəti
Dövri mətbuat
OBASTAN VİKİ
Dövlət sirri
Dövlət sirri — Dövlət orqanının məxfiliyinin , bütövlüyünün və ya mövcudluğunun qorunmasını tələb edən həssas məlumatdır. Bu cür məlumatlara giriş qanun və ya qaydalarla məhdudlaşdırılır və yalnız icazəsi və səlahiyyəti olan şəxslər tərəfindən əldə edilə bilər. Dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır; Dövlət sirri təşkil edən məlumatların daşıyıcıları—dövlət sirri təşkil edən məlumatların rəmzlər, obrazlar, siqnallar, texniki qərarlar və proseslər şəklində əks olunduğu maddi obyektlər, o cümlədən fiziki sahələrdir; Dövlət sirrinin mühafizəsi sistemi—dövlət sirrini mühafizə orqanlarının, dövlət sirri təşkil edən məlumatların və həmin məlumatların daşıyıcılarının mühafizəsi üçün bu orqanların istifadə etdikləri vasitə və metodların, habelə bu məqsədlə həyata keçirilən tədbirlərin məcmusudur;.. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, başqa silahlı birləşmələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər qoşunlarının strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsinə dair əməliyyatların hazırlanması və keçirilməsi üzrə strateji və əməliyyat planlarının, döyüşü idarəetməyə dair sənədlərinin məzmunu, onların döyüş və səfərbərlik hazırlığı, səfərbərlik ehtiyatlarının yaradılması və istifadəsi haqqında; Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış digər silahlı birləşmələrinin quruculuq planları, silahların və hərbi texnikanın inkişafının istiqamətləri, silah və hərbi texnika nümunələrinin yaradılması və modernləşdirilməsi üzrə məqsədli proqramların, elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin məzmunu və yerinə yetirilməsinin nəticələri haqqında; Silah və hərbi texnika nümunələrinin taktiki-texniki xarakteristikaları və döyüşdə tətbiqi imkanları, hərbi təyinatlı yeni növ maddələrin xüsusiyyətləri, resepturaları və ya texnologiyaları haqqında; Milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, hazırlıq və müdafiə olunma dərəcəsi, tikintisi və istismarı, habelə bu obyektlər üçün torpaq, yer təki və akvatoriyalar ayrılması haqqında; Qoşunların dislokasiyası, həqiqi adları, təşkilati strukturu, şəxsi heyətinin sayı və onların döyüş təminatı haqqında, həmçinin hərbi-siyasi və ya əməliyyat şəraiti haqqında; Azərbaycan Respublikası ərazisinin müdafiə və mühüm iqtisadi əhəmiyyətli geodeziya məntəqələrinin və coğrafi obyektlərinin koordinatları haqqında.
Sirri adası
Sirri adası (fars. جزیره سیری‎) — Fars körfəzində İrana məxsus adalardan biri. Əbumusa adasından bir qədər qərbdə yerləşir. Hündürlük baxımından da ondan hündürdür. Ada trapesiya formasına malikdir. Onun sahəsi 17 km² təşkil edir. Farorv adası ondan şimalda yerləşir. Uzun zaman Sirri adası ilə əlaqədar olaraq Fars körfəzinin ərəb ölkələrilə İran arasında konflikt yaşanmışdır. Ancaq hazırda ada rəsmən İran ərazisi kimi tanınır. Adanın farsca adı Razdır.
Təkbuynuzun sirri
Təkbuynuzun sirri - Belçikalı Hergénin komiksi Tintinin macəralarının 11-ci hissəsidir.
Külək:Bozqurdun sirri
Külək - Bozqurdun sirri - Azərbaycanlı yazıçı Xülya Cəfərova tərəfindən yazılmış Azərbaycan ədəbiyyatında süjet xəttində superqəhrəmanların yer aldığı Külək trilogiyasından olan sayca ikinci romandır. Bu əsərdə seriyanın ilk kitabı olan Külək - Yel kürəsinin şahzadəsi romanında təsvir olunan mübarizə fərqli məkanda davam edir. Əsərin əsas qəhrəmanı Külək artıq böyüyüb və indi təkcə vətəni Yel kürəsini yox, həm də buzların əsir aldığı anası Umayı, Mirvari planetini də xilas etməlidir. Bütün kainatı gözləyən təhlükədə isə ona ən böyük himayədarı və qoruyucusu Bozqurd, şahzadə İnci və fövqəlgüclərə malik insan - Qaya kömək edəcək. Qənirə Paşayeva, millət vəkili - Bu roman insanlara daxillərindəki superqəhrəmanı üzə çıxarmağa kömək edir. Ədəbiyyatımızda ilk milli superqəhrəman olan Külək Azərbaycan və ümumtürk dəyərlərini özündə ehtiva edir. Roman gənclərimiz üçün özünükəşfə çağırışdır.
Külək - Bozqurdun sirri
Külək - Bozqurdun sirri - Azərbaycanlı yazıçı Xülya Cəfərova tərəfindən yazılmış Azərbaycan ədəbiyyatında süjet xəttində superqəhrəmanların yer aldığı Külək trilogiyasından olan sayca ikinci romandır. Bu əsərdə seriyanın ilk kitabı olan Külək - Yel kürəsinin şahzadəsi romanında təsvir olunan mübarizə fərqli məkanda davam edir. Əsərin əsas qəhrəmanı Külək artıq böyüyüb və indi təkcə vətəni Yel kürəsini yox, həm də buzların əsir aldığı anası Umayı, Mirvari planetini də xilas etməlidir. Bütün kainatı gözləyən təhlükədə isə ona ən böyük himayədarı və qoruyucusu Bozqurd, şahzadə İnci və fövqəlgüclərə malik insan - Qaya kömək edəcək. Qənirə Paşayeva, millət vəkili - Bu roman insanlara daxillərindəki superqəhrəmanı üzə çıxarmağa kömək edir. Ədəbiyyatımızda ilk milli superqəhrəman olan Külək Azərbaycan və ümumtürk dəyərlərini özündə ehtiva edir. Roman gənclərimiz üçün özünükəşfə çağırışdır.
Mavi qatarın sirri
Mavi qatarın sirri (ing. The Mystery of the Blue Train) — Aqata Kristi tərəfindən yazılmış detektiv janrda roman. Aqata Kristinin detektiv əsərlərindən Mavi Qatarın Sirri adlı əsəri uşaqlar və eyni zamanda gənclər tərəfindən olduqca bəyənilərək oxunur.Əsərdə hadisələr Amerika milyonçusu Van Aldinin qızı Rutun Mavi qatarda ölümü ilə bağlıdır.Rut Derek ilə evlidir.Lakin o Qraf Roşu sevir və Qraf Roşun yanına Fransaya getmək üçün Mavi qatara minir.Qatarda bir gecənin içində qətlə yetirilir.Əvvəlcə hər kəs Derek və Qraf Roşdan şübhələnir.Lakin əsərin sonunda Erkül Puaro qatilin kim olduğunu üzə çıxarır. Aqata Kristi haqqında kitab.
Miras: Bakının sirri
Yevxaristiya sirri tabernaklı
Yevxaristiya sirri tabernaklı (it. Tabernacolo del Sacramento eucaristico) — Florensiya sənətkarı Donatello tərəfindən mərmər üzərində yonma üsulu ilə, 1432-1433-cü illər Roma səfəri zamanı hazırlanmış tabernakldır. 228 sm hündürlüyə və 125,4 m enə malik olan əsər hazırda Müqəddəs Pyotr bazilikasının xəzinə muzeyində saxlanılır. Əsərin hazırlanmasında, ehtimal ki, o zaman Donatellonun emalatxanasında çalışmış Mikeloçço di Bartolomeo da iştirak etmişdir. Böyük mərmər parçasından hazırlanmış sənət əsərinin bugünkü funksiyası onun ilkin funksiyasından fərqlənir. İlkin olaraq o, içərisində hostiya (müqəddəs çörək) saxlanan kivorinin yerləşdirilməsi üçün baldaxin kimi istifadə edilmişdir. Bu gün isə onun içində XIV əsrə aid olan, möcüzəvi gücü olması inancı ilə əlaqədar həm də "Hərarət Madonnası" kimi tanınan "Madonna və körpə" ikonası yerləşdirilmişdir. Əsəri, Venesiyalı Roma papası IV Yevgeni Apostol sarayında yerləşən və sonradan Fra Ancelikanın freskoları ilə bəzədilmiş kiçik kapella üçün sifariş etmişdi. 1538-ci ildə ətraf mühitin yenidən modifikasiya edilməsi, tabernaklın Antonio da Sanqalla (kiçik) tərəfindən altarı dizayn edilmiş və daha sonra Perino del Vaqa tərəfindən freskalarla bəzədilmiş (1542) bazilikaya verilməsinə səbəb oldu. XVII əsrə kimi əldən-ələ keçmiş əsər, Vazari tərəfindən qeyd edilməsinə baxmayaraq, demək olar ki, Donatellonun əsərləri sırasına daxil edilmirdi.
Bir qalanın sirri
Bir qalanın sirri tammetrajlı bədii filmi rejissor Əlisəttar Atakişiyev tərəfindən 1959-cu ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film-nağılda xalqın əlindən torpağını və suyunu almış amansız və qəddar hökmdara qarşı kasıb, lakin namuslu və qeyrətli insanların mübarizəsindən danışılır. Əsas rolları Gündüz Abbasov, Tamara Kokova, Məmmədrza Şeyxzamanov, Əli Qurbanov, Andrey Fayt və Əli Zeynalov ifa edirlər. Film-nağılda xalqın əlindən torpağını və suyunu almış amansız və qəddar hökmdara qarşı kasıb, lakin namuslu və qeyrətli insanların mübarizəsindən danışılır. Alim-həkim Eldostu (Məmmədrza Şeyxzamanov), onun sədaqətli və sevimli şagirdi Mətanət (Tamara Kokova), igid və cəsur gənc usta Elşən (Gündüz Abbasov), Kamran baba (Əli Qurbanov) bu mübarizənin önündə gedirlər. Filmdə göstərilir ki, el gücü və xalqın birliyi, elmlə gücün birliyi şər üzərində zəfər çalır, minlərlə adama sevinc, xoşbəxtlik bəxş edir. Film Məmmədhüseyn Təhmasibin "Çiçəkli dağ" pyesi əsasında ekranlaşdırılmışdır. Pyesin əsasını isə Azərbaycan xalq nağılları təşkil edir. Demək olar ki, 1958-ci ildə Əlisəttar Atakişiyev kinematoqrafımızda yaddan çıxmış bir janr, nağıl janrını yenə dirçəltdi və ilk dəfə çəkiliş meydançasına quruluşçu rejissor kimi gəldi.
Bir xalanın sirri
Bir xalanın sirri — tammetrajlı bədii filmi rejissor Emil Abdullayev tərəfindən 2018-ci ildə ekranlaşdırılmışdır. Film Azad Azərbaycan Televiziyası və İlk medianın birgə məhsuludur. "Bir xalanın sirri" macəra komediyası "Bozbash Pictures" qəhrəmanları, Şəmi, Şöşü, Fəlakət, Şirin, Qılman və Ağsaqqalın başına gələn maraqlı əhvalatdan bəhs edir. Filmdə əsas rolları İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Azər Baxşəliyev, Nicat Rəhimov və İlkin Misgərli ifa edirlər. Hadisələr "Bozbash Pictures"in 6 əsas qəhrəmanının başına gəlir. Bacısına toy eləmək istəyən Şöşü toya iki gün qalmış təzə kürəkəni də götürüb öz qohumları ilə birlikdə paytaxda toyqabağı istirahət üçün gəlirlər. Paytaxtdakı əyləncə mərkəzlərinin birində spirtli içki qəbul edən qohumlar bir də gözlərini səhər hoteldə açırlar. Bundan sonra qəhrəmanlarımız hərəsi bir yerdə bir vəziyyətdə aşkar olunur.
Saatlı evin sirri
Saatlı evin sirri (ing. The House with a Clock in Its Walls) — 1973-cü ildə John Bellairsin eyniadlı romanı əsasında rejissor Eli Rothun çəkdiyi 2018-ci il Amerika fantastik komediya filmidir. Baş rolları Jack Black, Cate Blanchett, Owen Vaccaro, Renee Elise Goldsberry, Sunny Suljic və Kyle MacLachlan canlandırıb. Film qapıları cırıldayan köhnə bir evdə əmisi Jonathanla yaşamağa göndərilən Lewis adlı gənc oğlandan bəhs edir. Tezliklə bir zamanlar pis sehrbazın yaşadığını öyrənir. Universal Pictures filmi 21 sentyabr 2018-ci ildə ABŞ-da nümayiş etdirdi və film dünya üzrə 131 milyon dollardan çox gəlir əldə etdi. Filmin aktyor heyətini yüksək qiymətləndirərək, lakin filmin öz potensialına tam cavab vermədiyini söyləyən tənqidçilərdən əsasən müsbət rəylər aldı. 1955-ci ildə valideynləri avtomobil qəzasında ölən on yaşlı Lyuis Barnavelt Michigan ştatının New Zebedee şəhərində əmisi Jonathanla yaşamağa gəlir. Ailəsindən qalan yalnız ona hədiyyə etdikləri Magic 8-Ball və ailə şəklidir. Yeni evinə girdikdən sonra Jonathanın qonşusu və ən yaxşı dostu Florens Zimmermanla tanış olur.
Ben 10: Omnitriksin sirri
Ben 10: Omnitriksin sirri (ing. Ben 10 Secret of the Omnitrix) - Ben 10 cizgi serialına əsaslanan və Televiziya yayımları üçün 2007-ci ildə yaradılmış amerikan superqəhrəman cizgi filmi. Film həmçinin cizgi serialın final seriyalarına əsaslanan süjetə məxsusdur. 10 avqust 2007-ci ildə ABŞ-da, 22 oktyabr 2007-ci ildə Birləşmiş Krallıqlarda yayımlandı. 2008-ci ilin aprelində Cartoon Network-dəki uzun müddətli "Ben 10 Həftəsi" ərzində serialın 3 hissəli final seriyası kimi yayımlandı, kanonik olaraq, hətta Ben 10 cizgi serialının son altı seriyası yayımlanmazdan əvvəlki aylarda debüt etdi. Həmçinin, 20 may 2008-ci ildə Uolmart mağazalarında cizgi filminin DVD-si satışa çıxarıldı. Amma, alternativ versiyaların heç biri diskdə deyildi, lakin 4-cü mövsümü DVD-nin bütün versiyalarında saxlanıldı. == Məzmun == Doktor Animo ilə Ben Tennizon döyüşərkən Ben səhvən Omnitriksin tərkibindəki "DNT Bombası"-nı məhv etməsi nəticəsində Omnitriks zədələnir. Onun aktivləşdiricisi nəticəsində siqnal Tetraks Şard , Petrosifeyn və Benin dostuna çatır. O gerisaymanın əhəmiyyətini başa düşməyən Benə bunu izah edir.Bundan sonra, Ben Qvin və Maks babasını tərk edir, lakin Qvin onu gizlincə təqib edir.
Miras: Bakının sirri (kitab)
Dövlət
Dövlət (ərəb. دولة‎) — siyasi quruluş olub, müəyyən sərhədlər daxilində yaşayan xalqın xüsusi sistemlə idarə olunmasını müəyyənləşdirir. Dövlət çox vaxt cəmiyyətlə səciyyələndirilirlər. Yer kürəsi (Antarktidanı çıxmaq şərtilə) iki yüzdən çox dövlət arasında bölünmüşdür. Dövlət siyasi birlik olmaq etibarilə müəyyən struktura malik olan, siyasi hakimiyyətin müəyyən təşkili ilə səciyyələnən və müəyyən ərazidə sosial proseslərin tənzimlənməsini təmin edən xüsusi təsisatdır. Dövlət xüsusi siyasi təsisat olmaqla cəmiyyətin siyasi sisteminin özəyini təşkil edir. Dövlətin forması və fəaliyyəti ilə dövlət nəzəriyyəsi elmi məşğul olur. Nə elmdə, nə də beynəlxalq hüquqda dövlətin qəbul edilmiş ümumi təyinatı var. Dövlətin mənşəyi haqqında müxtəlif nəzəriyyələr mövcuddur. Bunlara teoloji, patriarxal, marksist, zorakılıq, ictimai müqavilə, psixoloji, üzvi və b.
Dövlət içində dövlət
Dövlət içində dövlət — ölkədə hərbi qüvvələr, kəşfiyyat mərkəzləri və polis kimi daxili qüvvələrin ("Dərin dövlət") sivil hakimiyyətə tabe olmadığı siyasi vəziyyətdir. Digər siyasi terminlər kimi bu termin də yunan dilindən törəyib. (κράτος εν κράτει, kratos en kratei, latın dilinə imperioda imperium və ya statuda status kimi keçib). Fransa'da yeni tartışma 'derin devlet': Kavramın çıkış yeri Türkiye mi?
Bir qalanın sirri (film, 1959)
Bir qalanın sirri tammetrajlı bədii filmi rejissor Əlisəttar Atakişiyev tərəfindən 1959-cu ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film-nağılda xalqın əlindən torpağını və suyunu almış amansız və qəddar hökmdara qarşı kasıb, lakin namuslu və qeyrətli insanların mübarizəsindən danışılır. Əsas rolları Gündüz Abbasov, Tamara Kokova, Məmmədrza Şeyxzamanov, Əli Qurbanov, Andrey Fayt və Əli Zeynalov ifa edirlər. == Məzmun == Film-nağılda xalqın əlindən torpağını və suyunu almış amansız və qəddar hökmdara qarşı kasıb, lakin namuslu və qeyrətli insanların mübarizəsindən danışılır. Alim-həkim Eldostu (Məmmədrza Şeyxzamanov), onun sədaqətli və sevimli şagirdi Mətanət (Tamara Kokova), igid və cəsur gənc usta Elşən (Gündüz Abbasov), Kamran baba (Əli Qurbanov) bu mübarizənin önündə gedirlər. Filmdə göstərilir ki, el gücü və xalqın birliyi, elmlə gücün birliyi şər üzərində zəfər çalır, minlərlə adama sevinc, xoşbəxtlik bəxş edir. == Film haqqında == Film Məmmədhüseyn Təhmasibin "Çiçəkli dağ" pyesi əsasında ekranlaşdırılmışdır. Pyesin əsasını isə Azərbaycan xalq nağılları təşkil edir. Demək olar ki, 1958-ci ildə Əlisəttar Atakişiyev kinematoqrafımızda yaddan çıxmış bir janr, nağıl janrını yenə dirçəltdi və ilk dəfə çəkiliş meydançasına quruluşçu rejissor kimi gəldi.
Bir xalanın sirri (film, 2018)
Bir xalanın sirri — tammetrajlı bədii filmi rejissor Emil Abdullayev tərəfindən 2018-ci ildə ekranlaşdırılmışdır. Film Azad Azərbaycan Televiziyası və İlk medianın birgə məhsuludur. "Bir xalanın sirri" macəra komediyası "Bozbash Pictures" qəhrəmanları, Şəmi, Şöşü, Fəlakət, Şirin, Qılman və Ağsaqqalın başına gələn maraqlı əhvalatdan bəhs edir. Filmdə əsas rolları İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Azər Baxşəliyev, Nicat Rəhimov və İlkin Misgərli ifa edirlər. == Məzmun == Hadisələr "Bozbash Pictures"in 6 əsas qəhrəmanının başına gəlir. Bacısına toy eləmək istəyən Şöşü toya iki gün qalmış təzə kürəkəni də götürüb öz qohumları ilə birlikdə paytaxda toyqabağı istirahət üçün gəlirlər. Paytaxtdakı əyləncə mərkəzlərinin birində spirtli içki qəbul edən qohumlar bir də gözlərini səhər hoteldə açırlar. Bundan sonra qəhrəmanlarımız hərəsi bir yerdə bir vəziyyətdə aşkar olunur.
Dyatlov aşırımının sirri (film, 2013)
Film 1959-cu ildə Rusiya Federasiyası ərasində Ural dağlarının bir hissəsində yerləşən Dyatlov keçidi (Şeytan aşırımı) kimi tanınan ərazidə baş vermiş hadisə və bu hadisənin sirli tərəfinin rejissor fantaziyasına uyğunlaşdırılmış şəkildə lentə alınmışdır. Yuri Yudin ve Ural Politexnik Universitetindən 9 tələbə, 28 yanvar 1959-cu ildə 2 həftə çəkəcək bir səfərə çıxdılar. Səyahət Uralın şimalında yerləşən Vizhay adlanan yerə qədər baş tutmalı idi. Qrupa rəhbərliyi təcrübəli dağçı olan İqor Dyatlov edirdi. Qrupdakı üzvlərin hamısı təcrübəli insanlar idi. Qrup üzvlərindən biri olan Yudin səfərin əvvəlində xəstələnir və geri qayıtmağa məcbur olur. Qrupda 2-si qadın olmaqla 7 kişi var idi. Tələbələr 2 fevral tarixində Otorteni dağını keçərək, Holat Syahl təpəsinə çatdılar. Qrupdan geriyə qalan şəkilləri və gündəlik qeydləri araşdıran tədqiqatçıların fikrincə onlar saat 5-də çadırlarını qurdular. Qrup üzvlərinin düşərgə üçün bu ərazini niyə seçdikləri məlum deyil.
Gəmi saatının sirri (film, 1983)
Filmin əsas süjet xəttini köhnə gəmi saatı və qiymətli xəzinənin axtarışı ilə əlaqədar məktəbli oğlanın başına gələn əhvalatlar təşkil edir. Əsl səyyah olmağı arzulayan 10 yaşlı Alik (Anar Tağızadə) valideynlərsiz, təkbaşına Kiyevə əmisinin yanına gedir. Oğlan istəyirdi ki, əmisi boşanmağa hazırlaşan valideynlərini barışdırsın. Alik Ukraynanın kiçik şəhərlərindən birində çox adamla tanış olur. Mühəndis Aleksandr İvanoviçin (Nikolay Volkov) evində onun diqqətini köhnə gəmi saatı cəlb edir. Sən demə bu saat təkcə Aliki deyil, qarətçiləri də maraqlandırırmış. Nə üçün? Oğlan gəmi saatının sirrini açır: o, saatın içindən yazılı kağız tapır. Bu kağızda qiymətli daş-qaşların saxlanıldığı yer göstərilirdi. Milis qarətçiləri həbs edir.
Nindza tısbağalar 2: Zığın sirri
Nindza tısbağalar 2: Zığın sirri (ing. Teenage Mutant Ninja Turtles II: The Secret of the Ooze və ya TMNT 2) — Nindza tısbağalar seriyasının ikinci filmidir. Rejissoru Maykl Pressman tərəfindən 1991-ci ildə çəkilmişdir. Teenage Mutant Ninja Turtles II Nindza tısbağalar 2: Zığın sirri — Internet Movie Database saytında.
Altmış dörd xananın sirri (film, 2015)
Çe Gevaranın son sirri (kitab, 2011)
Diyen (dövlət)
Diyen, Dyan (çin. Hant; vyet. Điền quốc, Den, Ten və ya Tien) - e.ə. IV—e.ə. II əsrlərdə indiki Quyçjou, Sıçuan və Yunnan əyalətlərinin Tunsin, Kunmin, Siçan, Dali qəzalarında, Çin Xalq Respublikası hüdudlarında mövcud olmuş dövləti qurum. Dövlət Diyen və ya Kunmin gölünün yerləşdiyi yaylada mövcud olmuş. Diyenlilər öz ölülərini qəbrlərdə basdırmışdılar. Diyen dili ehtimal olunur ki, tibet-birma dillərindən biri olmuş. Çin mənbələrində sinan-i və mimo kimi məlum olan, bir sıra tədqiqatçı tərəfindən müasir itszuların əcdadı hesab edilən eyniadlı qrup, yaxud tayfa ittifaqı tərəfindən yaradılmışdır. Çin tarixi əsərlərində Diyeni Çu çarlığının hökmdarı Vey-vanın [e.ə.
Dərin dövlət
Dövlət içində dövlət — ölkədə hərbi qüvvələr, kəşfiyyat mərkəzləri və polis kimi daxili qüvvələrin ("Dərin dövlət") sivil hakimiyyətə tabe olmadığı siyasi vəziyyətdir. Digər siyasi terminlər kimi bu termin də yunan dilindən törəyib. (κράτος εν κράτει, kratos en kratei, latın dilinə imperioda imperium və ya statuda status kimi keçib). Fransa'da yeni tartışma 'derin devlet': Kavramın çıkış yeri Türkiye mi?
E-dövlət
Elektron hökumət və ya e-hökumət — bir ölkədə və ya regionda vətəndaşlara və digər şəxslərə dövlət xidmətləri göstərmək üçün kompüterlər və internet kimi texnoloji kommunikasiya cihazlarından istifadə edilməsi. Elektron hökumət vətəndaşların hökumətə birbaşa və daha rahat çıxışı, hökumətin vətəndaşlara birbaşa xidmətlərinin göstərilməsi üçün yeni imkanlar təklif edir. Bu termin vətəndaşlar ilə onların hökuməti (C2G), hökumətlər ilə digər dövlət qurumları (G2G), hökumət ilə vətəndaşlar arasında (G2C), hökumət ilə işçilər arasında (G2E) və hökumətlə özəl sektor (G2B) arasında rəqəmsal qarşılıqlı əlaqələrdən ibarətdir. Elektron hökumətin çatdırılması modelləri bu kateqoriyalara bölünə bilər: Bu qarşılıqlı əlaqələr vətəndaşların hökumətin bütün səviyyələri (şəhər, ştat/vilayət, milli və beynəlxalq) ilə ünsiyyət qurmasından, vətəndaşların informasiya və kommunikasiya texnologiyalarından (İKT; kompüterlər və veb-saytlar kimi) istifadə etməklə idarəetməyə cəlb edilməsini asanlaşdırmaqdan və biznes prosesinin yenidən qurulmasından (BPR) ibarətdir. Brebem və Qut 2017-ci ildə Şimali Amerikada e-hökumət alətlərinin üçüncü tərəf dizaynerlərindən mütərəqqi dəyərləri, hər yerdə iştirakı, geolokasiya və ictimaiyyətin maarifləndirilməsini əhatə edən texnologiyalarına qurduqları istifadəçi qarşılıqlı əlaqəsi idealları haqqında müsahibə götürmüşdülər. Digər təriflər texnologiyanın obyekt olduğu, e-hökuməti sadəcə vasitəçi və ya alət kimi müəyyən etdiyi, diqqəti dövlət idarəçiliyi məsələlərində xüsusi dəyişikliklərə yönəltdiyi fikrindən kənara çıxır. Hökumətin daxili transformasiyası mütəxəssis texnoloq Mauro D. Riosun əsasını qoyduğu tərifdir. O, "Elektron hökumətin tərifi axtarışında" adlı məqaləsində qeyd etmişdir: "Rəqəmsal hökumət ictimai işlərin təşkili və idarə olunmasının yeni üsuludur. Bu, idarəetmədə və təşkilat sxeminin strukturunda müsbət transformasiya proseslərini başlatmış və bu transformasiyaların asanlaşdırıcısı kimi informasiya və kommunikasiya texnologiyalarının tətbiqi və davamlı mənimsənilməsi yolu ilə, göstərilən prosedurlara və xidmətlərə əlavə dəyər qatmışdır." Elektron hökumət e-hökumət, internet idarəçiliyi, rəqəmsal hökumət, onlayn hökumət, əlaqəli hökumət kimi də tanınır. 2014-cü ildən İƏİT hələ də rəqəmsal hökumət terminindən istifadə edir.

Значение слова в других словарях